Sifarişiniz səhv gəlib?

Məhsulun rəngi, ölçüsü səhvdir?

Məhsulda qüsur var?

Və ya sadəcə olaraq bəyənmədiniz?

 

SİZİN ÜÇÜN BİZ QAYTARARIQ!

Sürət kargo olaraq öz iş sahəmizə daim yeniliklər tətbiq etməyimizin nəticəsi olaraq sizlərə GERİ QAYTARMA xidmətimizi təqdim edirik.

E-ticarətdə ən çox ehtiyat edilən məqam məhsulların saytlarda göstərildiyi kimi gəlməməsi və ya ölçülərinin uyğun olmamasıdır. Ancaq bu, sizlərin e-ticarətlə alış-veriş edərək əldə edə biləcəyiniz 70-80%-lik endirimlərdən imtina etmənizə səbəb olmamalıdır. Bu səbəbdən, müştərilərimiz üçün e-ticarət risklərini minimala endirəcək GERİ QAYTARMA xidmətini təklif edirik.

GERİ QAYTARMA xidmətinin istifadəsi ilə məhsul satıcı firmanın geri qaytarma şərtləri nəzərə alınmaqla aşağıdakı hallarda geri qaytarıla bilər:

Məhsul ölçüsü, rəngi və s. yanlış gəldiyində;
Məhsul qüsurlu gəldiyində;
Müştəri sadəcə olaraq məhsulu bəyənməyib geri qaytarmaq istədikdə;
Məhsul Naxçıvan anbarına çatdığı gün və ertəsi gün ərzində.

GERİ QAYTARMA xidməti bağlamanın dəyərindən,çəkisindən və ölçüsündən asılı olmayaraq hər bağlama üçün 10 AZN olaraq hesablanır.