Bağlamam haradadır?
Bağlamanızın harada olduğunu şəxsi kabinetdəki Bağlamalarım bölməsində görə bilərsiniz. Hər bağlamanın kartında statusu, çəkisi və daşınma haqqı göstərilir, Hərəkətlər pəncərəsində isə tarixləri ilə bütün mərhələlər var.
Statusların mənası:
- Xarici anbarda – bağlama Türkiyə anbarımıza daxil olub.
- Bəyan gözləyir – bağlama gömrüyə bəyan edilməlidir.
- Yolda – bağlama Azərbaycana göndərilib.
- Yerli anbarda – bağlama Azərbaycandakı anbara çatıb.
- Təhvilə hazırlanır – bağlama seçdiyiniz filiala hazırlanır.
- Kuryerə hazırlanır / Kuryerdədir / Kuryerlə təhvil – kuryer çatdırılması mərhələləri.
- Təhvil verilib – bağlama sizə verilib.
Bağlama hələ anbarımıza çatmayıbsa, onu satıcının verdiyi izləmə nömrəsi ilə Türkiyə daxili kargo şirkətinin saytında izləyin.
Bu məlumat sizə kömək etdimi?
Təşəkkür edirik! Fikriniz bizə kömək edir.
Təəssüf. Məqaləni yaxşılaşdıracağıq. Sualınız qalıbsa, bizə yazın:
Müraciət yarat