İzləmə nömrəsi (tracking number) nədir?
Mağaza bağlamanı qablaşdırıb Türkiyə daxilindəki kargo şirkətinə verəndə kargo şirkəti ona izləmə nömrəsi təyin edir. Bu nömrə hər bağlama üçün ayrıdır və təkrarlanmır.
Kargo şirkətlərində bu nömrə fərqli adlanır:
- Trendyol Express – “Gönderi numarası”
- Yurtiçi Kargo – “Gönderi kodu”
- Aras Kargo – “Kargo takip numarası”
- PTT Kargo – “Barkod no”
- MNG Kargo – “Fatura no”
- Sürat Kargo – “Seri numarası”
- UPS – “Tracking number”
Bu nömrə ilə bağlamanı anbarımıza çatana qədər kargo şirkətinin saytında izləyə bilərsiniz. Bağlama gecikəndə və ya sistemdə görünməyəndə müraciətdə mütləq bu nömrəni yazın. Bağlama kartında da “Kargo takip no” kimi göstərilir.
Bu məlumat sizə kömək etdimi?
Təşəkkür edirik! Fikriniz bizə kömək edir.
Təəssüf. Məqaləni yaxşılaşdıracağıq. Sualınız qalıbsa, bizə yazın:
Müraciət yarat