Balansımı necə artırım?
Balansı üç yolla artıra bilərsiniz:
- Onlayn – Balansım bölməsində Balans artır düyməsi ilə, bank kartı ilə. Birdəfəlik ödəniş və ya Birbank taksit kartı ilə 2 və ya 3 taksit seçmək olar.
- Filiallarımızın kassasında nağd.
- MilliÖN ödəniş terminallarında.
Onlayn artımda əvvəlcə sual çıxır: Nə üçün ödəyirsiniz?
- Sifarişlərin ödənişi üçün – Sifariş balansı (₺).
- Daşınma haqqı üçün – Daşınma balansı (₼).
Sonra ödəniş üsulunu və məbləği seçib təsdiqləyin. Sifariş balansı lirə ilə artırılır, kartınızdan isə onun manat qarşılığı tutulur.
Diqqət: artırılan balans geri qaytarılmır. Ona görə lazım olan məbləği və düzgün balansı seçin.
Bu məlumat sizə kömək etdimi?
Təşəkkür edirik! Fikriniz bizə kömək edir.
Təəssüf. Məqaləni yaxşılaşdıracağıq. Sualınız qalıbsa, bizə yazın:
Müraciət yarat