Sifariş balansı və Daşınma balansı: fərq nədir?

Hesabınızda iki ayrı balans var:

  • Sifariş balansı (₺, lirə) – “Sifariş et” xidməti ilə verdiyiniz sifarişlərin pulu buradan ödənilir.
  • Daşınma balansı (₼, manat) – bağlamaların daşınma haqqı və kuryer ödənişi buradan ödənilir.

Bu balanslar bir-birini əvəz etmir: daşınma balansındakı pulla sifariş ödəmək olmur və əksinə. Ən çox rast gəlinən səhv sifariş üçün daşınma balansını artırmaqdır. Balansım səhifəsinin yuxarısındakı Ödəniş gözləyir blokunda hansı balansa nə qədər çatmadığı göstərilir.

Borc qaydası: balanslardan birində borc (mənfi qalıq) varsa, o biri balansı artırmaq olmur. Əvvəlcə borcu olan balansı artırıb borcu bağlayın. Borcu olan balansın özü həmişə artırıla bilər.

Bu məlumat sizə kömək etdimi?

Sualınızın cavabını tapa bilmədiniz?

Əməkdaşlarımıza yazın, müraciətinizə cavab verək.

Yeni müraciət yarat Müraciət üçün hesabınıza daxil olmalısınız.