Aylıq gömrük limiti nə qədərdir?
Fiziki şəxslərin şəxsi istifadə üçün (istehsal və kommersiya məqsədi olmadan) gətirdiyi mallar üçün aylıq gömrük limiti 300 ABŞ dolları ekvivalentindədir. Bu limit Nazirlər Kabinetinin 305 nömrəli qərarının 2.1.4-cü bəndinə əsasən tətbiq olunur.
Nəzərə alın:
- Limit hər təqvim ayının 1-də yenilənir.
- Limitə bağlamanın daşınma haqqı da daxildir.
- Limit sifarişin verildiyi tarixə görə yox, bağlamanın bəyan edildiyi tarixə görə hesablanır.
Limit aşılarsa, aşan hissəyə gömrük ödənişi tətbiq olunur. Onu Smart Customs tətbiqində onlayn ödəyə bilərsiniz.
Bu məlumat sizə kömək etdimi?
Təşəkkür edirik! Fikriniz bizə kömək edir.
Təəssüf. Məqaləni yaxşılaşdıracağıq. Sualınız qalıbsa, bizə yazın:
Müraciət yarat