Smart Customs

Smart Customs Dövlət Gömrük Komitəsinin mobil tətbiqidir. Xaricdən gələn bağlamalarınızı burada görür, bəyan edir və lazım olsa gömrük ödənişini edirsiniz. Eyni əməliyyatları e.customs.gov.az saytında da etmək olar.

Bağlama tətbiqdə nə vaxt görünür? Bağlama xarici anbarımıza daxil olub emal ediləndən sonra məlumatları biz gömrüyə ötürürük. Bundan sonra bağlama tətbiqdə görünür.

Limit aşılıbsa (aylıq 300 ABŞ dolları): ay ərzindəki bütün bağlamalar bəyan edilibsə və limit aşımı yaranıbsa, hesablanan vergini tətbiqdə dərhal onlayn ödəyin və bu barədə bizə müraciətlə məlumat verin. Bu halda bağlamalar gömrükdə saxlanmadan təyinat məntəqəsinə göndərilə bilər.

Bu məlumat sizə kömək etdimi?

Sualınızın cavabını tapa bilmədiniz?

Əməkdaşlarımıza yazın, müraciətinizə cavab verək.

Yeni müraciət yarat Müraciət üçün hesabınıza daxil olmalısınız.