Hansı məhsulların sifarişi qəbul edilmir?

Azərbaycan qanunvericiliyi ilə fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri ilə alınması qadağan olunan malların sifarişi və daşınması qəbul edilmir. O cümlədən:

  • odlu silahlar, döyüş sursatı (ov sursatı istisna olmaqla), hərbi təyinatlı əşyalar və texnika;
  • partlayıcı, radioaktiv, narkotik və psixotrop maddələr və onların ləvazimatı;
  • mebel dəstləri və böyük həcmli yüklər;
  • canlı heyvanlar;
  • dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr;
  • xammal şəklində qiymətli metallar və qiymətli daşlar;
  • qoruyucusu olmayan qaz piltələri;
  • gizli kameralar və səs yazma cihazları.

Siyahı tam deyil. Şübhəniz varsa, sifarişdən əvvəl bizə müraciət edin.

Bu məlumat sizə kömək etdimi?

Sualınızın cavabını tapa bilmədiniz?

Əməkdaşlarımıza yazın, müraciətinizə cavab verək.

Yeni müraciət yarat Müraciət üçün hesabınıza daxil olmalısınız.