Sifarişim niyə alınmayıb?
Sifarişin vəziyyətini Sifarişlərim bölməsində görürsünüz: Sifariş gözləyir → Sifarişlə başlanıb → Sifariş olunub → Türkiyə daxili kargoda → Satıcıdan gəlib və ya Ləğv edilib.
Sifariş hələ alınmayıbsa, səbəb adətən bunlardır:
- Sifariş ödənilməyib – sifarişlər yalnız ödənişdən sonra verilir. Sifariş balansında məbləğ çatmırsa, onu artırın.
- Sifarişlər növbə ilə verilir. Birlikdə (“Toplam ödə” ilə) ödənilən sifarişlər birlikdə, ayrı-ayrı ödənilənlər fərqli vaxtlarda verilə bilər.
- Məhsul satıcıda tükənib və ya satıcı sifarişi ləğv edib.
Satıcının məhsulu anbarımıza çatdırma müddətinə, məhsulun keyfiyyətinə, ölçü və rəng səhvinə görə Sürət Kargo məsuliyyət daşımır; belə hallarda iradı satıcıya bildirmək lazımdır.
Bu məlumat sizə kömək etdimi?
Təşəkkür edirik! Fikriniz bizə kömək edir.
Təəssüf. Məqaləni yaxşılaşdıracağıq. Sualınız qalıbsa, bizə yazın:
Müraciət yarat