Necə sifariş edə bilərəm?
İki yol var:
1. Özünüz sifariş edirsiniz. Qeydiyyatdan sonra Xaricdəki ünvanlarım səhifəsindən Türkiyə anbarımızın ünvanını götürüb, alış etdiyiniz saytda çatdırılma ünvanı kimi yazırsınız. Satıcı bağlamanı anbarımıza verir, biz isə sizə çatdırırıq. Bu halda yalnız daşınma haqqı ödəyirsiniz.
2. “Sifariş et” xidməti. Məhsulun linkini bizə göndərirsiniz, alışı biz edirik:
- Sifariş et səhifəsində link, qiymət (₺), say, lazım olsa ölçü, rəng və qeyd yazın. Bir dəfəyə bir neçə məhsul əlavə etmək olar.
- Qaydalarla razılaşıb göndərin.
- Sifarişi Sifariş balansından ödəyin.
Məhsul dəyərinin üzərinə 3% bank xərci əlavə olunur. Trendyol səbətində pulsuz kargo həddinə çatmayan satıcı olduqda Trendyol kargo haqqı bir dəfə əlavə olunur. Bağlama gələndə çəkisinə görə daşınma haqqı ayrıca ödənilir.
Endirim kuponu varsa, qeyd hissəsində yazın.
Təşəkkür edirik! Fikriniz bizə kömək edir.
Təəssüf. Məqaləni yaxşılaşdıracağıq. Sualınız qalıbsa, bizə yazın:
Müraciət yarat