Gizlilik siyasəti
“Sürət Kargo” MMC müştərilərinin şəxsi məlumatlarının qorunmasına önəm verir və bu məlumatların yalnız qanuni və etik çərçivədə işlənməsini təmin edir. Bu gizlilik siyasəti, suretkargo.az veb saytı və mobil tətbiq üzərindən toplanan şəxsi məlumatların necə toplanması, saxlanması, istifadəsi və qorunmasını əhatə edir.
1. Məlumatların Toplanması
Müştəri qeydiyyatı zamanı aşağıdakı məlumatlar toplanır:
- Ad, soyad
- Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN kodu
- Yaşayış ünvanı
- Telefon nömrəsi və e-poçt ünvanı
- Daşınacaq bağlamalara dair məlumatlar
2. Məlumatların İstifadəsi
Toplanan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə edilir:
- Sifarişlərin qəbul olunması və daşınmasının təşkili
- Müştəri ilə əlaqə saxlanılması
- üquqi öhdəliklərin yerinə yetirilməsi
- İcraçı ilə müştəri arasında bağlanmış razılaşmanın icrası
3. Məlumatların Təhvil Verilməsi
Müştəri məlumatları yalnız aşağıdakı hallarda üçüncü tərəflərlə paylaşılır:
- Müvafiq dövlət orqanlarının qanuni tələbi əsasında (məsələn, gömrük orqanları)
- Daşınma prosesində iştirak edən yerli və beynəlxalq partnyorlarla (yalnız xidmət məqsədilə)
4. Məlumatların Saxlanması və Qorunması
- Məlumatlar Sürət Kargo MMC-nin daxili serverlərində təhlükəsizlik tədbirləri ilə qorunur. Məlumatlar yalnız səlahiyyətli işçilər tərəfindən əldə oluna bilər. Şirkət bütün texniki və inzibati tədbirləri görməklə məlumat sızmasının qarşısını almağa çalışır.
5. Müştərinin Hüquqları
Müştəri öz şəxsi məlumatlarını:
- Görmək və düzəliş etmək
- Məlumatların istifadəsinə etiraz etmək hüququna malikdir
Bu hüquqlardan istifadə üçün
[email protected] elektron ünvanına müraciət edə bilərsiniz.
6. Çərəzlər (Cookies)
Saytın daha effektiv işləməsi üçün çərəzlər istifadə olunur. İstifadəçi istədikdə brauzer vasitəsilə çərəzləri deaktiv edə bilər.
7. Dəyişikliklər
“Sürət Kargo” MMC gizlilik siyasətinə dəyişiklik etmək hüququnu özündə saxlayır. Dəyişikliklər suretkargo.az saytında dərc olunduğu andan etibarən qüvvəyə minir.