“Sürət Kargo” MMC şirkəti Türkiyədə yerləşən anbarından suretkargo.az saytında qeydiyyatdan keçən yetkinlik yaşına çatmış fiziki və hüquqi şəxslərin mal və ya bağlamalarının daşımasını həyata keçirir.
Müştərinin saytda qeydiyyatdan keçməsi pulsuz və könüllüdür.
Qeydiyyat suretkargo.az saytı və ya mobil tətbiqi vasitəsilə həyata keçirilir.
Müştəri qeydiyyatdan keçərkən istifadə şərtlərini qəbul etmiş sayılır.
Əgər müştəri razılaşmanın heç olmazsa bir bəndi ilə razı deyilsə, icraçının xidmətlərindən istifadə etmək hüququna malik olmur.
İcraçı çatdırılma xidmətlərinə görə müştəridən daşınma haqqı alır.
İcraçı müştəri tərəfindən müstəqil olaraq internet-mağazada ödənişi aparılmış malları öz anbarına qəbul etmək öhdəliyini götürür, bu şərtlə ki, icraçıdan alınan ünvan və malı alana aid məlumatlar dəqiq göstərilmiş olsun.
Müştəri anlayır və qəbul edirki, icraçının və yaxud hər hansı səlahiyyətli dövlət qurumunun (gömrük və s.) istənilən anda yükü açmaq və ona baxışın keçirtməsi hüququ vardır.
İcraçı onun müvafiq ölkədə olan anbarına (həmin ölkənin kuryer və ya poçt vasitəsilə) zədələnmiş və yaxud müştərinin internet üzərindən sifariş etdiyi yükdən fərqli yük daxil olan hallara görə heç bir məsuliyyət daşımır.
Daşıma üçün qəbul edilən yüklər sığortalanmır.
Müştərinin vəzifələri:
- Müştəri müstəqil şəkildə hazırkı razılaşmanın mətni ilə tanış olmaq, razılaşma və onun əlavələrdə dəyişikliklərin mövcud olmasını yoxlamaq öhdəliyini götürür.
- Müştəri İcraçı tərəfindən ona göstərilən xidmətlərlə əlaqədar olan hesabları vaxtında ödəmək və xərcləri qarşılamaq öhdəliyini götürür.
- İcraçı xidmətlərin göstərilməsi üçün ona təqdim edilən vəsaitlərin kifayətli olmaması halında müştəriyə xidmət göstərmir.
- Müştəri öz adı, soyadı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, FİN kodunu, yaşayış ünvanı, telefon, elektron poçt ünvanını və digər tələb edilən məlumatları www.suretkargo.az saytında qeydiyyat zamanı dəqiq göstərmək öhdəliyini götürür.